ONN İnformasiya Agentliyi

Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu

Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
21 Avqust 2020 - 14:25

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata əsasən R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.

Baş rollarda Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəlin oynadığı “Daxildəki ada” filmi Sarayevo Film Festivalının müsabiqə proqramında iştirak edən ilk Azərbaycan filmidir. Filmin post-prodakşn dəstəyi CNC – Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.

Film mənəvi və fiziki təzyiqlərdən xilas olmaq üçün vəhşi atların yaşadığı və bir sakini olan adaya qaçan şahmatçı gəncin hekayəsindən bəhs edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png