ONN İnformasiya Agentliyi

“Edama məhkumun son günü” nümayiş olunacaq

“Edama məhkumun son günü” nümayiş olunacaq
27 Yanvar 2020 - 13:39

ONN media xəbər verir ki, Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında “Edama məhkumun son günü” adlı tamaşası nümayiş olunacaq.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadır.

Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulut çıxış edəcək.

Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png