ONN İnformasiya Agentliyi

Elayın İtaliyada növbəti sərgisi təşkil edilib

Elayın İtaliyada növbəti sərgisi təşkil edilib
08 May 2023 - 11:23

ONN media xəbər verir ki, bu günlərdə İtaliyanın Torino şəhərində yerləşən məşhur “GART” qalareyasında həmyerlimiz, tanınmış rəssam Elayın növbəti dəfə rəsm əsərləri nümayiş edilib.

Rəssamın nümayiş edilən rəsim əsərləri monoxrom üslübda yaradılıb. Uslubu bənzərsiz edən əsas xüsusiyyət, tək rəng üzərində insan fiqurlarını isıq sıxlığı ilə yaradılmasıdır.

Rəssamın bildirdiyinə görə, onun yaratdığı monoxrom üslubdakı əsərləri özünün əsas bədii istiqaməti kimi görür və burada fiqurasiyanın görünməzliyini qavrayışın sərhəddində saxlamağı bacarır. 

Rəssam bu üslubla, müşahidəçinin təxəyyülünü cəlb etmək üçün öz dərin gücünü saxlayan naməlum və ya kontekstsiz ekzistensial vəziyyətlərlə, səhnə və personajlara köçürülmüş bədənləri və subyektləri rənglərdə təqdim edir. Onun fiqurlarının zahiri sadəliyi subliminal şəkildə üzə çıxır. Rəssam, fiqurların məzmun və mənasından tamaşacını ayıraraq, onların fikrini əsasən işiq sayrışmaları ilə fiqurların dinamikliyinə yönəldir. Bu yolla rəssam, təbii işığın bir başqa ölçüsunü incəsənətə daxil edir və görunməzlik ideyasını işığın başqa ölcülərində olduğu fikri ilə razılaşır.

Onu da bildirirk ki, sərgidə 2021-ci ildə Florensiya Biennalesindəki və Turində keçirilən “Paratissima” sərgisində istedad mükafatına layiq görülən “Ambivalent” əsərləri də sərgilənir.

Xatırladırıq ki, Elay İtaliyada məşhur Brera Li Rəssamlıq Akademiyasını bitirib və hal hazırda İtaliyada yaşayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png