ONN İnformasiya Agentliyi

Partlayışda xəsarət alan aktyordan YENİ XƏBƏR

Partlayışda xəsarət alan aktyordan YENİ XƏBƏR
11 Mart 2021 - 13:56

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman evə buraxılıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, aktyor müalicə aldığı xəstəxanadan evə buraxılıb:

“Səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək”.

Qeyd edək ki, 36 yaşlı C.Telman fevralın 22-də evində baş verən partlayış nəticəsində xəsarət alıb. O, yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png