İnsanın qida rasionunun ayrılmaz hissəsi şirniyyatdır. Son dövrlərdə şirniyyatlar əleyhinə nə qədər kampaniya aparılsa da, bir fakt məlumdur ki, şirniyyat insan orqanizmi üçün həyati vacibdir. İnsan kalorili, kimyəvi şirniyyatı təbii şirniyyatla əvəz etsə, ondan daha çox fayda görə bilər, nəinki ziyan.
Sizə həkimlərin etibar etdiyi və artıq tibbdə sınaqdan çıxarılmış həyati əhəmiyyət daşıyan 10 şirniyyatı təqdim edirik.
Qara şokolad
Siz südlü şokoladın əvəzinə qara şokolada üstünlük verməlisiniz. Onun həm kalorisi, həm də şəkəri azdır. Əvəzində daha çox faydalı maddələr vardır: antioksidantlar, flavonoidlər, kalsium, zülal, dəmir, maqnezium və vitaminlər.
Zefir
Azkalorili olub, tərkibində əzələləri möhkəmləndirən dəmir, fosfor və zülallar vardır.
Marmelad
Tərkibində təbii pektinin olmasına görə çox faydalıdır. Pektin xolesterinin miqdarını aşağı salır, toksinləri çıxarır, mədə-bağırsaq sisteminin işini asanlaşdırır. Bununla yanaşı marmeladın kalorisi olduqca azdır.
Pastila
Pastilanı istədiyiniz qədər yeyə bilərsiniz. O da marmelad kimi radiasiyanın mənfi təsirini azaldır və ağır metal duzlarını orqanizmdən çıxarır.
Bal
Balın tərkibində şəkərdə olduğu qədər kalori vardır. Lakin o, şəkərdən şirindir. Şəkəri balla əvəz etdikdə ondan 2 dəfə az miqdarda götürmək lazımdır. Bundan başqa balın tərkibində orqanizm üçün vacib olan vitamin, mineral və aminturşular var. 100q balın tərkibində sutkalıq maqnezium, manqan və dəmir var. Təbii ki, söhbət təbii baldan gedir.
Halva
O, nəinki çox dadlıdır, həm də orqanizmə gəncləşdirici təsir edir. A, E və B qrup vitaminləri olması dəriyə çox yaxşı təsir edir. Məlumdur ki, halva qədim zamanlardan bəri kosmetik vasitə kimi də istofadə oçunur. Ondan düzəldilən maska quru dəri üçün idealdır.
Sukat- meyvə quruları
Tərkibində bir çox qiymətli vitaminlər və antioksidantlar var. O, yaddaşı yaxşılaşdırır, yorğunluğu götürür və əsəbləri nəzarətdə saxlayır. Bununla yanaşı azkalorili və faydalıdır.
Mürəbbə
Mürəbbə vitamin və mineral mənbəyidir. Mürəbbə bişirərkən meyvələr faydalı xüsusiyyətini saxlasın deyə onu çox qaynatmaq yox, beş dəqiqə bişirməklə və ya soyuq cem kimi hazırlamaq lazımdır. Ən faydalı mürəbbə moruq, heyva, qarağat və qoz mürəbbəsi hesab olunur.



"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun
Diabet və ürək xəstələri üçün — Hansı çərəz nəyə faydalıdır?
Keşnişin min bir FAYDASI
İmmuniteti necə gücləndirək?
Gündə nə qədər şokolad yemək olar? - Həkim rəyi
Kahının insan orqanizminə faydaları
Gözəlləşmək və arıqlamaq üçün...
Bu qidalar həzmi sürətləndirir
İspanaqdakı bu faydalar heç bir tərəvəzdə yoxdu
Gündə 2 yumurta yeməyin faydaları
Narın bilmədiyiniz faydaları
Səhər yeməyinin faydaları nələrdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 