Mövzu şokolad olan zaman bir çox insan əziyyətlə riayət etdiyi pəhriz rejimini pozur, bəziləri isə idman zallarında itirdiyi kaloriləri və saatlarını unudaraq özünü şokoladın sehrinə təslim edir.
Beləliklə, bütün bu əziyyətlərə qatlaşmamağın, saatlarla idman etdikdən sonra nəfsinizi saxlamadığınız üçün vicdan əzabı çəkməməyin asan və dadlı yolunu diqqətinizə çatdırırıq:
Şəkərsiz şokolad!
Bu növ şokolad artıq çəki verməməklə yanaşı, keyfiyyətli yağ və protein qəbul etməyinizi təmin edir.
Resepti
Fıstıq əzməsi
Kokos yağı
Keçibuynuzu unu
Xam kakao
Badam südü və ya üstünlük verdiyiniz hər hansı bir süd çeşidi
Maye steviya (dad vermək üçün)
Hazırlanma qaydası
3 yemək qaşığı şəkərsiz fıstıq əzməsini 1 yemək qaşığı kokos yağının üzərinə əlavə edirsiniz. Alınan qarşığı çox zəif odda qısa bir müddət əridirsiniz. Daha sonra 1 yemək qaşığı keçibuynuzu unu və xam kakaonu əlavə edib qarışdırırsınız. Sonda maye steviya ekstraktını zövqünüzə uyğun olduğu qədər əlavə edirsiniz. Ən sonda südü yavaş-yavaş qarışığa tökürsünüz. Şokolad pudinq formasına gələnə qədər qarışdırılmalıdır. Daha sonra üzərinə bir qədər qovrulmuş fındıq əlavə edə bilərsiniz. Şokoladı odun üzərindən götürüb vaxt itirmədən soyuducuya qoymaq lazımdır. Şokolad
1-2 saat qaldıqdan sonra tam özünü tutacaq
Bu şokoladı olduqca qısa müddətdə ev şəraitində hazırlaya bilərsiniz. Beləliklə, bol qatqılı, sağlamlığa zərərli şokolad məhsullarından həm özünüzü, həm də uşaqlarınızı uzaq tuta bilərsiniz.



Gündə nə qədər şokolad yemək olar? - Həkim rəyi
Starbucks Cookie resepti
İsti şokolad RESEPTİ
Biskvitli çiyələkli tort resepti
10 dəqiqədə şokoladlı tart keksi resepti
Eklerin hazırlanma qaydası- EV ŞƏRAİTİNDƏ
Ekleri evdə özünüz bişirin - HAZIRLANMA QAYDASI
Ekleri evdə özünüz bişirin - HAZIRLANMA QAYDASI
Qəhvə sevənlər üçün: frappe
Şirniyyat sevərlərə sadə RESEPT
Mahluta şorbasının hazırlanması
Ev şəraitində dərinizi gözəlləşdirin - MASKALAR
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 