ONN İnformasiya Agentliyi

Bahalı trüfel şokoladının ən asan hazırlanma yolu

Bahalı trüfel şokoladının ən asan hazırlanma yolu
23 Sentyabr 2022 - 18:19

Şəkər tozu – 1,5 st.
Su – 0,5 st.
Kərə yağı – 100 qr.
Kakao – 5 x.q.
Quru süd – 400 qr.
Qoz ləpəsi – 100 qr.

Hazırlanması:
 Şəkər tozunu suya əlavə edib, odun üzərinə qoyun, qarışdıraraq qaynar hala gətirin. Qaynayan kimi 2-3 dəqiqə də odda saxlayıb götürün. Qaynar şirəyə kərə yağını əlavə edirsiz, kakaonu tədricən tökərək yumrulanmasın deyə, tez-tez qarışdırıb əridirsiz. Sonra quru südü qarışdıra-qarışdıra əlavə edirsiz. Xırdalanmış qozu qatıb qarışdırır və kütləni soyuducuda 2 saat saxlayırsız.
Kütləni trüfel formasına iri şprislə sala bilərsiz, onları kakao tozunda fırlatmağı unutmayın. Çay süfrənizdə evsayağı trüfel hazırdır!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png