Artıq bir həftədən çoxdur ki, sosial şəbəkələrdə Şamaxı Rəsədxanası ilə bağlı neqativ məlumatlar və rəylər paylaşılır. Rəsədxananın keçmiş əməkdaşı Yanoş Məhərrəmovun bəzi saytlarda yayımlanan məktubunda yer alan iddialar cəmiyyətdə böyük rezonans doğurub. Onun bu ittihamlarına aydınlıq gətirmək üçün rəsədxananın rəhbəri Namiq Cəlilov ilə əlaqə saxladıq və ondan sabiq işçisinin yeni mediada dolaşan suçlamalarına aydınlıq gətirməyi xahiş etdik.
- Namiq müəllim, Yanoş Məhərrəmovun siz və rəsədxana barədəki ittihamları ilə tanışsınızmı? Həmin ittihamlara münasibətinizi necədir?
Əlbəttə, tanışam. Bu saxta ittihamlar həm məni, həm də kollektivimizi hiddətləndirib. Açıq-aşkar böyük bir elmi kollektivə, kollektivin rəhbərliyinə şər-böhtan yağdırıb.
- Yəni, məktubda yer alan mülahizələrlə razılaşmırsınız?
Qətiyyən, razılaşmıram. Ancaq təsadüf də hesab etmirəm. Çünki burada işə başladığım gündən tələbim o olub ki, ya işləyirsiniz, elmi işlə məşğul olursunuz, ya da çıxıb gedirsiniz. Burada qruplaşma var. Mən vəzifəyə təyin olunandan dərhal sonra mənim ünvanıma və eyni zamanda rəsədxana haqqında bu cür iftiralar yaymağa başlayıblar. İndi Yanoş Məhərrəmov mətbuatda həmin qruplaşmanın sözçüsü kimi çıxış edir.
- Bəs, onun səsləndirdiyi ittihamların reallıqda özünü doğrultması ehtimalı mümkündürmü?
Dəfələrlə bu barədə müxtəlif təşkilatlara müraciət ediblər. Yoxlamalar aparılıb. Vergilərdən, AMEA-dan gəlib yoxlama aparıblar. Amma heç bir iddiaları öz təsdiqini tapmayıb.
- İddialardan biri də budur ki, Şamaxıdakı rəsədxananı "əxlaqsızlıq yuvası"na çevirmisiniz...
Bəli, məhz bu cür iddia da səsləndirirlər. Bu, çox ağır ittihamdır. Heç bir alim, elmi müəssisə bu ittihamı qəbul edə bilməz. Elə buna görə də Yanoş Məhərrəmov məhkəmə qarşısında cavab verəcək. O, öz daxilindəki əxlaqsızlıq yuvasını müəssisənin adına bağlamaq istəyir. Yanos Məhərrəmov rəsədxanada işləməzdən əvvəl zabit kimi orduda xidmət edib və Silahlı Qüvvələrdən 185-ci maddəyə əsasən təxris olunub. Həmin maddə ilə təxris olunan adamlar heç bir dövlət sturuktunda, o cümlədən, elmi mərkəzlərdə işləyə bilməz. İndi bura niyəsə götürüblər zamanında. Deməyim odur ki, o, çox tərbiyəssiz, əxlaqsız adamdır. Məndə onun əməkdaşlarımıza qarşı sərt münasibətinə dair sübutlar,təhqiramiz məktubları da var.
- Namiq müəllim, rəsədxanadakı kotec məsələsinə də aydınlıq gətirə bilərsinizmi? Rəsədxana istirahət mərkəzi deyil axı, o koteclər nəyə lazımdır?
Bəli, rəsədxanada koteclər var. Amma bunlar ancaq rəsədxananın işçiləri, gələn qonaqlar üçün nəzərdə tutulub. Onlar ailələri ilə gəlirlər və biz onları burada yerləşdiririk.
-Yəni deyirsiniz ki, həmin koteclərdə heç bir əxlaqsızlıq halı yaşanmayıb?
Tam qətiyyətlə deyirəm ki, mənim Marsda, Venerada priton açmağım nə qədər real və doğrudursa, Yanoş Məhərrəmovun Şamaxı rəsədxanasını fahişəxanaya çevirməyim barədə ittihamı da o qədər real və doğrudur. Rəsədxananın ərazisini polis mühafizə edir. Polisin gözünün qabağında kim əxlaqsız qadınları götürüb bura gələr? Ümumiyyətlə, bu cür söhbətlər etməyi bir elmi müəssisənin rəhbəri olaraq heç mən özümə yaraşdırmıram.(aznews)



Şeyxdən Ramazan ayının aprelin 3-də başlayacağı iddialarına CAVAB
Şamaxı Rəsədxanasına baş direktor seçildi
Şamaxı Rəsədxanasında çatlar yarandı
Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ CAVAB
Abel Məhərrəmovla bağlı SON XƏBƏR
Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
Yanvarın 21-də gözünüz göydə olsun
Daxili İşlər Nazirliyindən AÇIQLAMA
Yol polisinin rüşvət görüntüsü yayıldı – Polisdən rəsmi açıqlama – VİDEO
Namiq Qaraçuxurludan ÜZÜCÜ XƏBƏR
Novruz çərşənbələrinin vaxtı açıqlandı
Azərsu rəhbərinin Prezident sarayını kölgədə qoyan evi – FOTOLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 