Bu ilin köç planına uyğun olaraq, Ağdərə və Xocalı rayonlarının 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir.
ONN media xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində deyib.
Onun sözlərinə görə, 2025-ci ilin köç planına əsasən, Xocalı rayonunun 8 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd) və Ağdərə rayonunun 8 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri başa çatdıqdan sonra mərhələli şəkildə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək:
"Təxminən altı minə yaxın məcburi köçkün könüllülük prinsipləri əsasında öz doğma ata-baba yurdlarına köçürüləcək. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır".
S.Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib



Növbəti köç karvanı Ballıcaya çatdı
Xocalı sakinlərinə şad xəbər
Növbəti köç karvanı Sarıcalı və Ballıcaya çatdı
Xankəndidə iftar çadırları quruldu
Qubadlıya ilk köç nə vaxt olacaq?
ŞAD XƏBƏR- Zəngilana ilk köçürülmə başlayır
Həsənriz kəndinə daha 25 ailə yola salındı
Bu ay 41 ailə Ağalı kəndinə köçürüləcək
Prezident Elçin Yusubova yüksək vəzifə verdi
Xocalıya ilk köçün tarixi açıqlanıb
Ballıcaya ikinci köç yola salındı
Ağalıya növbəti köç nə vaxt olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 