Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə Şirvan bələdiyyəsinin inzibati binasında yas mərasimlərində ehsan süfrələrində yalnız yemək verilməsi ənənəsinin dayandırılması ilə bağlı geniştərkibli görüş keçirilib.
ONN media Oxu.az-a istinadən xəbər verir ki, görüşdə şəhərin tanınmış ağsaqqalları, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd ediblər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.
Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər - yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.
Ağsaqqalların və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.
Görüşün sonunda qərara alınıb ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə işləri aparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata keçirilsin.
Qeyd edək ki, bundan əvvəl də bəzi rayonlarda analoji qərarlar qəbul olunub



Daha bir rayonda yasda ehsan verilməyi ləğv edildi
Gəncə 'İmamzadə' dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb
Yasda ehsan verilməsi ləğv olundu
Əliyevin anım günü münasibətilə ehsan verildi
İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
Azərbaycanda Ramazan ayı başladı
Sabah Ramazan ayı başlayır
Prezident İslam Həmrəyliyi İlinə həsr olunmuş beynəlxalq konfransda
Gəncədə şəhidlərin xatirəsi anıldı
Marneulidə Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib
Türkiyə və Gürcüstan din xadimləri Şuşada
Din xadimlərinə SƏRT XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 