Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qusar rayonuna turist axının artması ilə əlaqədar müvafiq hazırlıq işləri görülür.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bölgə müxbiri xəbər verir ki, rayondakı turizm mərkəzləri ilə yanaşı, mədəniyyət ocaqları da qonaqları yüksək səviyyədə qarşılamağa hazırlaşır. Qusar şəhərinin mərkəzindəki general Mahmud Əbilov adına meydanda böyük yolka qurulub, parklar bəzədilib.
Dekabrın 25-dən etibarən Qusar Dövlət Ləzgi Dram Teatrı rayon Mədəniyyət Sarayının səhnəsində “Qış nağılı” adlı bayram proqramı təqdim edəcək. Sakinlər və şəhərin qonaqları bir həftə ərzində maraqlı səhnə əsərinə baxa biləcəklər. Dekabrın 29-da isə Mədəniyyət Sarayının qarşısında konsert proqramı təşkil olunacaq.
Bayram günlərində Qusar Tarix-Diyarşünaslıq Muzeyi də gücləndirilmiş iş rejimində çalışacaq. “Şahdağ” Turizm Mərkəzinə və digər istirahət obyektlərinə üz tutan əcnəbi qonaqlar rayonun əsrarəngiz təbiəti ilə yanaşı, tarixinə də maraq göstərirlər. Bayram günlərində muzeyi ziyarət edənlərin sayı ikiqat artır.
Qusar Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi vaxtlara nisbətən 60-70 faiz artır.



Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Kəmaləddin Heydərov bayramla bağlı ƏMR imzaladı
Avtobusların sayı 3 dəfə artırılıb
Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib
Teatrların yeni il proqramları açıqlandı
Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək
Nazirlik gücləndirilmiş iş rejiminə keçir
Bu axşam Dənizkənarı parkda atəşfəşanlıq olacaq
Latviyada Novruz şənliyi keçirildi
Bayram günlərində sərnişindaşımada qiymət artımı olacaq?
Abunəçilərə XOŞ XƏBƏR!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 