ONN İnformasiya Agentliyi

ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi

ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi
07 İyul 2020 - 21:01

Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.

ONN media  xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb.

Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür. Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.

Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png