Çox isti, qaynar şorbalar, çaylar xərçəngə gətirib çıxara bilər.
ONN media xəbər verir ki, onkoloq Maqomed Süleymanov acı, qaynar qida və mayelərin təsirindən danışıb.
“Mədə, qida borusu, qırtlaq xərçəngi ən ağır və amansız növlərdəndir. Müasir onkoloji inkişafa rəğmən bu xərçəng növləri daha çox insanın həyatına son qoyur. Mədə və qida borusu xərçəngi 80% hallarda gec aşkarlanır. Bu növ xərçəngin səbəblərindən biri orqanların yollarının, selikli qişalarının travması, xroniki xorası, iltihabıdır.
Qaynar qəhvə, çay, şorba yeyənlərdə qida borusu, mədə divarının xroniki travmalaşması baş verir. Bu adamlarda bədxassəli şiş riski artır. Bu prosesi sadə dillə belə izah edim: zədələnmiş toxuma özünü bərpa üçün hüceyrələrin intensiv bölünməsi başlayır, bu da yaş artdıqca həmin hüceyrələrin bədxassəliyə çevrilməsini artırır.
İstisna edilmir ki, hansısa məqamda hüceyrələr düzgün bölünməyəcək və şişlərə çevriləcək. Ona görə də xüsusən yaşlı adamların qaynar yemək və çay içməsinin qarşısını alın. Eləcə də bu vərdişi tərgidin.
Yeməkləri əlavə olaraq istiotlamayın, turş, acı qidalar yeməyin. Qaynar yeməyi bir qədər soyudub yeyin”, - M.Süleymanov qeyd edib.



Çiyələyin bu faydasından xəbəriniz var idimi?
Kişilər bu XƏRÇƏNG YARADIR
Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ
Xərçəngin yaranmasının 6 GİZLİ SƏBƏBİ
İftarda bunları ƏSLA ETMƏYİN!
Yemək yeyəndə su içmək olarmı?
Xərçəngə səbəb olan 4 növ məhsul
Xərçəng yaradan ən çox yayılmış viruslar
Yağlı yeməkdən sonra soyuq su içməyin, yoxsa...
Bu məhsul xərçəngə səbəb olur – Onkoloqdan XƏBƏRDARLIQ
Yemişlə balı eyni vaxtda niyə yemək olmaz? - SƏBƏB
Xərçəngin qarşısının alınması üçün ən SADƏ üsul
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 