Ət məhsulları bazarında ucuz kolbasa və sosis məhsulları artmaqdadır. Bu məhsulların tərkibi, görünüşü və dadı bəzən orijinal ət məhsuluna bənzəsə də, onlar sağlamlıq üçün ciddi risk mənbəyidir. Aşağı keyfiyyətli, naməlum əlavələr və sintetik maddələr ilə hazırlanan məhsullar orqanizmə mənfi təsir göstərir. Bu cür məhsulların bazarda geniş yayılması daha çox iqtisadi maraqlara söykənir.
Qida məsələləri üzrə, ekspert Fərid Səfərov mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.
Ekspert təəssüflə qeyd edib ki, son zamanlar qidaların keyfiyyəti, tərkibi ilə bağlı xoşagəlməz hallar tez-tez ortaya çıxır.
“Qida istehsalçıları müəssisələrdə çox ciddi şəkildə keyfiyyət standartları tətbiq etməlidirlər, bu işin əsas qaydalarından biri keyfiyyətli məhsul istehsalıdır.
Digər məsələ isə hazırlanan məhsulun tərkibi, istifadə olunan xammalın keyfiyyəti, istehsal zamanı heç bir xətanın baş verməməsidir”.
Fərid Səfərov qeyd edib ki, işlənmiş ət məhsullarının (kolbasa, sosiska) ziyanları haqda olduqca geniş araşdırmalar aparılıb:
“İşlənmiş qidalar müxtəlif xəstəliklərə yoluxma riskini artırır. Bu qidalar yüksək miqdarda doymuş yağ və kalori ehtiva edir, tərkibində təzə ətdə olmayan yüksək miqdarda duz və kimyəvi maddələr var.
İşlənmiş ət yemək xərçəng, piylənmə, ürək-damar xəstəlikləri, böyrək xəstəliyi, Pankreatit, şəkər xəstəliyi riskini artırır”.
Müsahib söyləyib ki, tərkibindəki yüksək miqdarda olan dadlandırıcı, rəngləndirici kimi kimyəvi maddələr bu qidalardan asılılıq yaradır.
“Kolbasa və sosiska məhsulları təzə əti və təbii əti heç bir şəkildə əvəz etməyəcək. Buna görə də onu qida rasionunuza daxil etməyin, istifadə edirsinizsə, təcili şəkildə çıxarın! “-deyə, Fərid Səfərov deyib.
O bildirib ki, düzgün istehsal olunmayan, düzgün saxlanılmayan, tərkibi tam aydın olmayan heç bir qida məhsulunu evinizə almayın, süfrənizə qoymayın!



AQTA bu məhsullarla bağlı xəbərdarlıq etdi
AQTA bununla bağlı əhaliyə müraciət etdi
Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur
AZZA müştəriləri belə ALDADIR
Bitki yağları ilə bağlı bilmədikləriniz
Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb
Kolbasanın tərkibi ilə bağlı dəhşətli məlumat
Xərçəngə səbəb olan 4 növ məhsul
Məşhur bazar bağlanır?
Ət məhsulları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Qida məhsullarının qablaşdırılması ilə bağlı YENİ TƏLƏB
Qənnadı məmulatlarını alarkən bunlara DİQQƏT EDİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 