Yataq otağında işığın olması insanlarda piy yığılması və kökəlməyə səbəb olur.
ONN media Medicina.az-a istinadən xəbər verir ki, alimlər yataq otağında işıqlandırmanın olmasının çəki artımı ilə birbaşa əlaqəsini müəyyən ediblər. Həddindən artıq işıqlı yataq otaqlarında yatan qadınların bədən kütlə indeksinin daha yüksək olduğu, həmçinin bel ətrafının genişləndiyi müşahidə olunub.
London Xərçəng Tədqiqatları İnstitutunun həkimləri 113 min qadını cəlb etdikləri araşdırmanın yekununda bu nəticəyə gəliblər:
“Yataq otağı çox işıqlı olanda insanda çəki artımını tətikləyən yuxu tsiklinin pozulması halı baş verə bilər. İşıq sönsə belə, hər şeyin göründüyü otaqlarda yatan qadınların da kökəlmə riski var”.
Həkimlər izah edirlər ki, çoxlu süni işıq insanın əhval-ruhiyyəsini, fiziki gücünü, hətta yeməyin həzm prosesini dəyişir, həmçinin yuxu hormonu olan melatoninin istehsalını gecikdirir. Mütəxəssislərin fikrincə, gecə vaxtı işıqlandırılan obyektlər təhlükəli ola bilər, çünki onlar hormonal pozğunluqları təhdid edir və bu, təkcə yuxu rejimində deyil, həm də qidalanma və maddələr mübadiləsində pozulmalara da səbəb olur.
Buna görə də gecə bütün işıqları söndürmək daha faydalıdır. Əgər küçədən işıq düşürsə, pəncərəyə qalın, tünd parçadan pərdələr çəkin.
Eləcə də yataq otağında telefonun mavi işığına çox baxmaq da yuxu tsiklini pozur. Telefondan yayılan dalğa da mənfi təsir edir. Bir çox alim və həkimlər yataq otağında telefon saxlamırlar.



Yataq otağınızda güzgü varsa MÜTLƏQ OXUYUN
Evli cütlüklər eyni otaqda yatmamalıdır- SƏBƏB İNANILMAZ
Yatmazdan öncə telefonu buna görə söndürmək lazımdır
Gündə neçə saat yuxu vacibdir? – Tanınmış həkimin tövsiyələri
Alimlər XƏBƏRDARLIQ EDİR- Gec yatmayın əks halda...
Yatmazdan əvvəl bunları etməyin - DİQQƏT!
Arıqlamağın düşməni tapıldı
Telefonlar insanı qocaldır - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Qətiyyən işıqlı otaqda yatmayın - QORXULU SƏBƏBLƏR
Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi
Gəlin yad kişi ilə yatağında tutuldu-Azərbaycanda RÜSVAYÇILIQ!
Neçə saat yatmalıq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 