"İnfarkt və insult hallarının böyük əksəriyyəti günün ilk yarısında, yəni saat 6:00-dan 11:00-a qədər olan müddətdə qeydə alınır".
ONN media xəbər verir ki, məsələ ilə bağlı Gazeta.ru-ya açıqlamasında rusiyalı genetik Konstantin Krutovski danışıb.
"Bu hal yuxudan oyanma prosesində orqanizmdə baş verən fizioloji dəyişikliklərindən irəli gəlir. Oyanışdan əvvəl stres hormonu olan kortizol qanda kəskin şəkildə artır, təzyiqi yüksəldir, nəbzi tezləşdirir və orqanizmin enerji ehtiyatlarını işə salır. Bu proses kortizolun oyanma reaksiyası kimi tanınır. Tam sağlam şəxslərdə bu təbii olsa da, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə belə bir stres infarkt və ya insultla nəticələnə bilər", - deyə mütəxəssis bildirib.
Həmçinin, insanların böyük bir qismində simpatik sinir sisteminin oyanması və qan damarlarının tonusunun artması nəticəsində səhər saatlarında arterial təzyiqin yüksəlməsi qeydə alınır.
"Belə vəziyyətdə ürək gecə saatlarına nisbətən daha ağır rejimdə fəaliyyət göstərir. Bununla yanaşı, səhərlər qanın tromboz yaratma riski yüksəlir ki, bu da fibrinogenin çoxalması, trombositlərin daha aktiv olması və qan laxtalarını əridən mexanizmlərin zəifləməsi ilə bağlıdır. Nəticə etibarilə beyin və ya ürək damarlarında trombun yaranma ehtimalı çoxalır. Gecə vaxtı rahatlamış damarların səhər hormonlar və sinir sisteminin təzyiqi ilə daralması vəziyyəti daha da gərginləşdirir. Şübhəsiz ki, damar aterosklerotik lövhəciklər səbəbindən qismən tutulubsa, səhər saatlarındakı daralma qan dövranını zəiflədə, lövhənin zədələnməsinə və trombun əmələ gəlməsinə yol aça bilər", - deyə alim vurğulayıb.
Elə bu səbəbdən, səhər saatlarında təzyiqin anidən yüksəlməsinin önünü kəsmək məqsədilə bəzi qan təzyiqi dərmanlarının axşamdan içilməsi məsləhət görülür. Eyni zamanda, risk qrupunda olan şəxslərə yuxudan oyanan kimi ağır fiziki işlərdən uzaq durmaq və orqanizmin özünə gəlməsi üçün 30-60 dəqiqə gözləmək tövsiyə edilir.
"Amma bir sıra araşdırmalar sübut edir ki, gecə həyat tərzinə üstünlük verən insanlarda sirkad ritmlərinin fərqliliyi səbəbindən ürək-damar fəsadlarının pik vaxtı daha gec saatlara təsadüf edə bilər. Bu amili də mütləq diqqətdə saxlamaq lazımdır", - deyə K.Krutovski fikrini tamamlayıb.



İnfarktın qarşısını necə alaq?
Yoqurt infarkt və insultdan qoruyur – Alimlər sübut etdi
Temperatur 40 dərəcəni keçdikdə, kimlər infarkt və insult ola bilər? – SİYAHI
Narın inanılmaz faydaları
Çərəzin insan orqanizminə inanılmaz faydası
Bu saatlarda yatmaq infarkt riskini AZALDIR
Kim Çen Inın səhhətindəki problemlər məlum oldu
Qrip zamanı nələr etmək olmaz?
İnfarkt hansı hallarda baş verir?
Koronavirus ürək və beyni belə məhv edir
İnfarkt riskiniz nə qədərdir?- ÖZÜNÜZ ÖLÇÜN
Məşhur cərrahdan bu xəstələrə İNANILMAZ XƏBƏRDARLIQ: Ağ paltar geyinin!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 