Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. Bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir.
ONN media xəbər verir ki, alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsinə səbəb olan uzunmüddətli stress yaşayırlarsa, növbəti altı il ərzində ürək problemlərindən ölmə riski 5 dəfə artır.
Qeyd olunur ki, bu ölümlərə insult, infarkt, ürək tutması və kəskin ürək çatışmazlığı daxil ola bilər. Lakin stressin xərçəng kimi xəstəliklərin inkişafına əlavə təsiri yoxdur.
Qısamüddətli stressin bədənə müsbət təsir göstərdiyinə inanılır, lakin uzunmüddətli stress qan damarlarının funksiyasının pozulmasına və ürək problemlərinə səbəb ola bilər. Həmçinin qan təzyiqini və xolesterol səviyyəsini artırır ki, bu da ürəyə zərərlidir. Stress altında olan insanlar sağlam olmayan qidalar yeməyə, daha çox siqaret çəkməyə və spirtli içki qəbul etməyə meyllidirlər.
VU Universiteti Tibb Mərkəzinin tədqiqatçıları 65 yaşdan yuxarı 861 nəfərin sidikindəki kortizol səviyyəsini ölçdülər. Təhlil 24 saat ərzində bir dəfə aparıldı. Daha sonra onların sağlamlığı altı il ərzində izlənildi.
Məlum olub ki, ən yüksək kortizol səviyyəsinə malik iştirakçıların ürək-damar xəstəliklərindən ölmə ehtimalı beş dəfə çoxdur.



Əsəbi olanlar bu çayı içsin
Streslə necə mübarizə aparaq?
Məşhur cərrahdan bu xəstələrə İNANILMAZ XƏBƏRDARLIQ: Ağ paltar geyinin!
Yeməkləri bu şəkildə yemək ürəyə ziyandır
Artıq çəkinin yaratdığı ciddi problemlər
Alimlərdən xəbərdarlıq - Çox yatmaq...
Daha çox yaşamaq istəyirsinizsə, bu vərdişləri TƏRGİTMƏYİN
ANTİ-STRESS məhsullar hansılardır? - SİYAHI
Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
Şəkər xəstələrində infarkt riskinin azaldılması üçün nə etməliyik?
Çərəzin insan orqanizminə inanılmaz faydası
Maaş və sosial ödənişlərdə artım olacaq?
Sabah yağış yağacaq
Naxçıvana uçuşlar ləğv edildi
FHN-dən yağışlı hava ilə bağlı əhaliyə müraciət
Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Türkiyəyə 200 kq ağırlığında dron düşdü
Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Qalibaf Azərbaycanda səfərdədir
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Neft ucuzlaşmaqda davam edir
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin 