Yeni araşdırma göstərir ki, sağlamlığa yalnız çəki artımı faktı deyil, həm də onun hansı yaş dövründə baş verməsi ciddi təsir göstərir.
ONN media xarici mediaya istinadla xəbər verir ki, erkən yetkinlik dövründə çəki artımı ölüm riski ilə daha sıx əlaqəlidir.
Araşdırmaya görə, 17–29 yaşları arasında piylənmə inkişaf edən şəxslərdə, 60 yaşına qədər piylənmə yaşamayanlarla müqayisədə, müşahidə dövründə hər hansı səbəbdən ölüm riski təxminən 70 faiz daha yüksək olub.
Tədqiqat İsveçin Lund Universitetinin alimləri tərəfindən aparılıb və çəkinin dinamik izlənməsinə əsaslanıb. Araşdırmada 600 mindən çox insanın məlumatları təhlil edilib və yalnız 17–60 yaş aralığında ən azı üç dəfə çəki ölçməsi qeydə alınmış iştirakçılar nəzərə alınıb.
Alimlərin fikrincə, erkən yaşlarda artıq çəki ilə yaşamaq orqanizmdə uzunmüddətli bioloji stress yaradır. Bu isə bədənə əlavə yük salaraq erkən qocalmaya və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.
Tədqiqat çərçivəsində ümumi ölüm halları ilə yanaşı, ürək-damar xəstəlikləri, müxtəlif xərçəng növləri və 2-ci tip diabetlə bağlı ölüm halları da izlənilib. Nəticələr göstərib ki, istənilən yaşda yüksək çəki artımı ölüm riskini artırır, lakin əsas amil piylənmənin nə qədər müddət davam etməsidir.
Araşdırmada ölüm hallarının ən böyük hissəsinin ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insultla əlaqəli olduğu müəyyən edilib
Artıq çəkinin yaratdığı ciddi problemlər



Artıq çəkisi olanlara koronavirus xəbərdarlığı
Qəhvə və yaşıl çayın İNANILMAZ FAYDASI
Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
Palma yağının zərərləri nədir?
Alındakı qırışlar erkən ölüm riskindən xəbər verə bilər
Yuxu çatışmazlığı erkən ölüm riskini artırır - XƏBƏRDARLIQ
Erkən ölümün qarşısını almaq üçün ƏN EFFEKTİV ÜSUL
Bu pəhriz ölüm riskini azaldır
Qazlı su öldürə bilər!- Avropa tibb mütəxəssisləri
Artıq çəki ilə necə mübarizə aparaq?
Bunlar insanı qocaldır
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
Neft sürətlə ucuzlaşır
Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Günün qoroskopu: Yaşamın axınına müdaxilə etməyin
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ 