ONN İnformasiya Agentliyi

4 gün yalnız banan yesəniz… – MÖCÜZƏVİ PƏHRİZ

4 gün yalnız banan yesəniz… – MÖCÜZƏVİ PƏHRİZ
29 May 2018 - 9:35

Banan pəhrizi barədə eşitmisiniz? 4 gün boyu yalnız bananla qidalanacağınız pəhriz sayəsində bədəniniz böyük bir dəyişikliklə qarşılaşacaq. ONN media möcüzəvi banan pəhrizinin reseptini təqdim edir.

Enerji verir

Bananın tərkibinin 74 faizi sudur. Tərkibində bol miqdarda karbohidrat olan banan bütün gün enerjili qalmağınızı təmin edir. İdmana başlamazdan əvvəl və sonra banan yeyən idmançıların enerjili qalmasının səbəbi də budur. Enerjinizin tez tükənməsindən şikayətçisinizsə, gündəlik olaraq banan yeməyiniz məsləhət görülür.

Banan pəhrizi ilə 4 kilo arıqlayın


Banan pəhrizini tətbiq etmək olduqca asandır. Gün ərzində hər naharda 3 ədəd banan yeyərək, asan şəkildə arıqlaya bilərsiniz. İstəsəniz, bananı su və süd ilə qarışdırıb yeyə bilərsiniz. Bu halda gündəlik istifadə ilə bel nahiyənizdəki yağların qısa zamanda yandırıldığına da şahid olacaqsınız. Banan tox tutma özəlliyi ilə 4 gündə 4 kiloya qədər arıqlamağınızı təmin edəcək.

Həzm sistemini tənzimləyir

4 gün boyu banan yeməyin faydalarından biri həzm sistemini tənzimləməsidir. Qəbizliyə də faydası olduğu bilinən banan lif baxımından zəngin bir məhsul olduğu üçün həzm sistemi üzərində müsbət təsirə malikdir.

Xoşbəxtlik hormonu ifraz edir

İnsanlarda xoşbəxtlik hormonu olaraq bilinən serotoninin ifrazı ilə banan istifadəsi arasında birbaşa əlaqə var. Gündəlik daha çox banan yeyərək ruh halınızdakı müsbət dəyişikliklərə şahid olacaqsınız.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png