ONN İnformasiya Agentliyi

Azərbaycan səhiyyəsində ilk

Azərbaycan səhiyyəsində ilk
8-05-2019, 15:13


Xəstələrə "Ağıllı xəstə qolbağı" paylanılıb

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, həmin səhiyyə müəssisəsində xəstələrə "Ağıllı xəstə qolbağı" paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər. Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan "ESİM Yazılım" şirkətinin "OTOMATIP" Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png