Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesinə aydınlıq gətirib.
ONN media xəbər verir ki, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Nazirliyin nəzdində fəaliyyət göstərən işçi qrupuna verilən "COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlar nə etməli" sualını cavablandırıb.
N.Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir:
"Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVID-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur".
Baş Səhiyyə İdarəsinin rəisi qeyd edib ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq, müşahidə edirlər: "Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər. Digər infeksion xəstəliklərlə yanaşı COVID-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir. Gəlin özümüzü və əzizlərimizi birlikdə qoruyaq".



Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı
Türkiyədə meymunçiçəyinə yoluxma var?- Rəsmi
Koronavirus xəstələri evdə necə müalicə olunacaq? - Səhiyyə Nazirliyi açıqladı
Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ: COVID-19 diaqnozu qoyulsa belə...
Bu ölkədə də koronavirusa ilk yoluxma halları qeydə alındı
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
Sağalan COVID xəstələrinə arayış bu qaydada verilir - RƏSMİ
İranda iki mümkün koronavirus infeksiyası hadisəsi qeydə alınıb
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb
Metronun 29 əməkdaşı koronaya yoluxdu, 1-i öldü
ÜST-dən ölkələrə ÇAĞIRIŞ
Operativ qərargah vətəndaşlara çağırış etdi: "Süni ajiotaj yaratmayın!"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 