Dəri bədənimizin ən böyük orqanıdır və həyat tərzimiz onda əks olunur. Əgər sağlam qidalanır, məşq edir və stressdən uzaq durmağa çalışırsınızsa, dəri yaxşı görünür. Bir çox məhsulun tərkibinə bədənin təmizlənməsinə və qocalma prosesini ləngitməyə kömək edən antioksidantlar daxildir. ONN media bu yazıda oxucuları dərinin sağlam və parlaq olmasını təmin edən faydalı bitkilərlə tanış edib. 1. Tərə Tərə kalsium, kalium, maqnezium, fosforun əla qaynağıdır. Bu, qan dövranını yaxşılaşdırır və bədəni təmizləyir. Bu bitki immuniteti gücləndirir, həzmini yaxşılaşdırır və yod tərkibi sayəsində tiroid vəzinə dəstək verir. 2. Qırmızı bibər C vitaminindən savayı karotenoid adlanan güclü antioksidantları ehtiva edir. Onlar anti-iltihablı bir çox xüsusiyyətlərə malikdir və dərini günəşin zərərli təsirlərindən, çirklənmədən və ətraf mühitin toksinlərindən qorunmasına kömək edə bilər. 3. Papaya (Qovunağacı) Bu dadlı ekzotik meyvə müxtəlif antioksidantlar, vitaminlər və minerallarla zəngindir, bu da cildin elastikliyini yaxşılaşdırmağa, nazik xətlər və mimik qırışların görünüşünü minimuma endirir. 4. Qarağat Qarağat A və C vitaminləri, həmçinin antosiyanin antioksidantları ilə zəngindir. Dərini zərərdən qoruyur, təmizləyir və təbii yenilənməni funksiyasını yerinə yetirir. 5. Brokoli Brokoli vitamin C və K, folate, lutein və kalsiumla zəngindir. 6. İspanaq İspanaq bütün bədəni oksigenlə təmin edən kömək edən antioksidantlarla boldur. Onun tərkibinə A, C, E və K vitaminləri, maqnezium, lutein daxildir. 7. Fındıq Qoz, fındıq, fıstıq və badam kimi çərəzlərin tərkibindəki E vitamini xüsusilə dəri toxumasını bərpa etməyə və nəm balansını saxlamağa kömək edir, həm də ultrabənövşəyi şüaların zərərli təsirlərindən qorunmaq üçün əla vasitədir. 8. Avokado Avokadoda iltihaba qarşı mübarizə aparan, dərini hamar və elastik edən yağ turşuları çoxdur. Buraya K, C, E və A vitaminləri, B qrupunun vitaminləri və kalium daxildir. 9. Şirin kartof Şirin kartofa narıncı rəng verən A vitamininə çevrilən beta-karotendir. A vitamini dəri elastikliyini bərpa etməyə kömək edir, dəri hüceyrələrinin mübadiləsini təşviq edir. 10. Nar Nar əsrlər boyu dərman vasitəsi kimi istifadə edilib. C vitamini və müxtəlif güclü antioksidanlarla zəngin olan nar vücudu sərbəst radikallardan qoruyur və iltihabları azaldır.(publika)
Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul



Dərini gözəlləşdirən qidalar
Yaşlanma ilə ən yaxşı mübarizə aparan 7 məhsul bunlardır
Yaşlanma ilə ən yaxşı mübarizə aparan 7 məhsul
Tut bəhməzinin inanılmaz faydaları
Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək!
Dərinizi bunlarla gözəlləşdirin - SİYAHI
Bu bitki saçlarınızı daha sağlam edəcək
Şaftalı suyunun faydalarından xəbəriniz varmı?
Bu meyvə ürəyi sağlam saxlayır, xəstəliklərin qarşısını alır
Bu meyvə dərini gözəlləşdirir - UNİKAL VASİTƏ
Üzə əncir çəkməyin faydaları...
Üz dərisini cavanlaşdıran yağlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 