Alt kirpiklərə tuş sürtərkən ətrafa bulaşmasını istəmirsinizsə plastik qaşığın tərsini kirpiklərin altına yerləşdirin. ONN media xəbər verir ki, “Pişik gözlər” kimi gözlər istəyirsinizsə liner və ya ten sürtməzdən əvvəl asan çıxara biləcəyiniz bir parça bant yapışdırın. İşiniz bitdikdən sonra yavaşca çıxarın. Gözünüzün ətrafında işıqlı bölgələr yaratmasanız makiyajınız solğun görsənər. Ağ, krem və ya açıq tonlarda olan rənglərdən istifadə edə bilərsiniz. Köhnələn tuş fırçasını isti suya tutun. Axan su tərtəmiz olana qədər gözləyin və fırçanı yenidən qabına yerləşdirin. İstilik və suyun təsiriylə tuşunuz yeni kimi olacaqdır. Dodaqlarınızın daha dolğun görünməsini istəyirsinizsə uşaqlar üçün istehsal olunan yumşaq toxumalı fırçalarla dodaqlarınızı nəvazişlə fırçalayın. Fırçalamazdan əvvəl dodaqlarınıza bal sürtməyi unutmayın. Gözlərinizin daha iri görünməsini istəyirsinizsə gözünüzə qara deyil ağ qələm çəkin. Aldığınız tenin donuq göründüyünü düşünürsünüzsə ten sürtməzdən əvvəl ağ rəng tətbiq edə bilərsiniz. Kirpik qıvırıcının daha təsirli olmasını istəyirsinizsə fen maşınıyla bir az istilətdikdən sonra istifadə edin. Tonalnı alarkən yanağınızda deyil boyunuzda təcrübə edin. Beləcə rəng fərqi problemi yaşamazsınız. Qaşlarınızın daha hündür görünməsini istəyirsinizsə qaşınızın dərhal altına incə bir təbəqə ağ qələm tətbiq edib barmağınızla yayın. Liner tez dağılırsa alt kirpiyinizin dərhal altına pudra sürtə bilərsiniz. Bu sayədə laynerin hərəkət etməsini böyük nisbətdə önləyəcəksiniz. BB kremlər sizə bahalı gəlirsə və ya çox istifadə etməyəcəyinizi düşünürsünüzsə lazım olduğu zamanlarda bağlayıcı və nəmləndiricinizi qarışdırıb öz BB kreminizi yarada bilərsiniz. Gözünüzün daha şəkilli və qaşınızın qalxmış görünməsini istəyirsinizsə qaşınızın üzərinə də incə bir xətt halında işıqlandırıcı sürün və barmağınızla yayın. Pomadanızın daha uzun müddət qalmasını istəyirsinizsə incə bir kağız salfetini pomadanızı sürtdükdən sonra dodağınıza yapışdırın və pudra sürtün. Pomadanız daha mat görünəcək və daha qalıcı olacaq. Dodaqlarınızda 3 ölçülü görünüş əldə etmək üçün pomada sürtdükdən sonra alt dodağınızın orta qisiminə çox açıq rəng ten və ya pudra tətbiq edin. Tonalnını aşağıdan yuxarı deyil yuxarıdan aşağıya doğru tətbiq edin.
Makiyaj vasitələrinin düzgün isifadə qaydası



Makiyaj fırçalarını necə seçməli?
Göz makiyajının 11 SİRRİ
Dişlərinizi kömürlə yuyun və hər gün... - TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ
TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ BUNLARDIR...
"Pişik baxışları" makiyajı necə etməli?
Dərinizi bu üsulla gözəlləşdirin
Təbii görünən makiyaj üçün hər qadının bilməli olduğu - 6 İNCƏLİK
Dodaqları daha həcmli göstərəcək 4 addım
Kakoslu keksin HAZIRLANMA QAYDASI
Yatmazdan əvvəl bunları edin
Paltarlarınızın rənginin solmaması üçün bunları edin
Sadəcə 1 məhsulla dişləriniz parıldasın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 