ONN İnformasiya Agentliyi

Diqqət- Bu şəxslərə valerian dərmanı olmaz

Diqqət- Bu şəxslərə valerian dərmanı olmaz
03 İyun 2020 - 9:06

Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

– Yüksək təzyiq xəstələri müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyaq olur və yuxusuzluq baş verir

– Qaraciyər, böyrək, enterokolit, nefrit xəstəliklərində olmaz

– Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

– Allergiyası olanlara

– Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png