ONN İnformasiya Agentliyi

Heydər Əliyev Beynəlxalq Aeroportu və Milli Oftalmologiya Mərkəzindən növbəti addım

Heydər Əliyev Beynəlxalq Aeroportu və Milli Oftalmologiya Mərkəzindən növbəti addım
29 May 2018 - 15:35

ONN media xəbər verir ki, mayın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiyası keçirilmişdir.

Oftalmoloqlar, anestezioloqlar, həkim-rezidentlər, tibb bacıları və Mərkəzin texniki heyətindən ibarət səyyar briqada Bakı hava limanının işçilərini müayinə etmişdir.

Belə aksiyalar mütəmadi xarakter daşıyır və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası 2005-ci ildə yaradılmışdır. Mərkəzin səyyar klinikası ötən dövr ərzində ölkənin bir çox şəhər və rayonlarında vətəndaşların müayinə və müalicəsini həyata keçirmişdir. 26 mindən çox müayinə, 3000-ə yaxın xəstədə cərrahi əməliyyat icra olunmuşdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png