ONN İnformasiya Agentliyi

Koronavirusa yoluxma 30 faiz artıb – ARAŞDIRMA

Koronavirusa yoluxma 30 faiz artıb – ARAŞDIRMA
12 İyul 2020 - 17:02

Koronavirusa yoluxma 30 faiz artıb.

ONN media  xəbər verir ki, bu barədə Honq Konq tibb fakültəsinin dekanı, professor Gabriel Leung Çin mətbuatına verdiyi müsahibədə bildirib.

Alimin fikrincə, bu göstəricinin artmasına DNT mutasiyaları səbəb olub.

Leung qeyd edib ki, yerli bir araşdırma beynəlxalq alimlər qrupunun virusun yoluxucu dərəcəsinin artması ilə bağlı nəticələrini təsdiqləyib. Belə ki, əgər mart ayında bir yoluxmuş şəxs infeksiyanı iki və ya üç nəfərə yoluxdura bilərdisə, indi bu say dördə çatıb.

ÜST-nin son məlumatına görə, dünyada 13 milyona yaxın koronavirusa yoluxma qeydə alınıb, 565 mindən çox insan ölüb.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png