ONN İnformasiya Agentliyi

Koronavirusdan sağalanlara vaksin vurulmayacaq?

Koronavirusdan sağalanlara vaksin vurulmayacaq?
16 Yanvar 2021 - 16:43

“Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq”.

ONN media  bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

“Vaksin bir insana iki dozada vurulur. “Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək.

Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var”.

O bildirib ki, virusa yoluxub sağalan insanlara vaksin vurulmur: “Çünki onlarda artıq immunitet var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png