ONN İnformasiya Agentliyi

Oynaq ağrılarının səbəbi nədir?

Oynaq ağrılarının səbəbi nədir?
10 Sentyabr 2022 - 11:46

Bir çox insan oynaq ağrılarından əziyyət çəkir. Bu ağrıları azaltmağın özünəməxsus üsullar var.

ONN media oxucuları ev şəraitində oynaq ağrılarından qurtulmağın üsulları ilə tanış edir.

Nevroloq Sevinc Həmidovanın sözlərinə görə, oynaq iltihabı, revmatizm geniş yayılmış xəstəliklərdən hesab olunur:

“Təəssüf ki, bu günə qədər bu xəstəliyin tam müalicəsi mümkün deyil. Mən oynaqlardakı ağrıları azaltmaq üçün xalq təbabətindən yararlanmağı məsləhət görürəm. Bu mənada zəncəfildən istifadə etməklə bu ağrılardan qismən də olsa azad ola bilərsiniz. Zəncəfil çox güclü müalicəvi bitkidir. Yüz illərdir istifadə edilir. Tərkibindəki gingerol maddəsi oynaq ağrıları üçün müalicəvidir. Araşdırma zamanı tərkibində iltihabı dayandıran kimyəvi maddə təsbit edilib”.

Ağrıları kəsmək üçün zəncəfili necə hazırlamaq lazımdır?

– Bir qaşıq doğranmış zəncəfil
– Bir stəkan su
– İki çay qaşığı bal
– Bir az darçın

Hər səhər bu qarışıqdan içərək ağrılarınızı azalda bilərsiniz.

Nevroloq oynaq ağrılarına diz ağrılarını misal olaraq göstərir. O, diz ağrılarının müalicəsində proloterapiyadan istidafə edir. Bu üsulu Azərbaycana ilk dəfə həkim özü gətirib. Proloterapiya diz ağrılarından qurtulmağın ən asan və operativ yoludur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png