ONN İnformasiya Agentliyi

Qatığın içinə limon sıxıb yesəniz…

Qatığın içinə limon sıxıb yesəniz…
05 Aprel 2024 - 17:28

Sağlam həyat vərdişlərinin geniş yayıldığı son illərdə bəzi qidaları birgə istifadə etməyin faydaları açıqlanıb.

ONN media xarici mediaya istinadən xəbər verir ki, söhbət C vitamini ilə zəngin limonu və probiotiklə zəngin qatıqla birlikdə istehlak etməkdən gedir.

Qatığı müxtəlif sağlam qidalarla qarışdıraraq faydalarından daha əhatəli şəkildə yararlanmaq mümkündür. 

Belə sağlam qarışıqlardan biri də limonu qatığa sıxıb bu şəkildə istehlak etməkdir. 

Qatığın içinə limon sıxmağın möcüzəvi faydasını təqdim edirik:

Qatığın içinə limon sıxaraq istehlak etməyin ən bilinən faydası həzm sistemini tənzimləməsidir. Limon və qatıq qarışığından istifadə etmək qəbizliyi aradan qaldırmağa kömək edir.

İmmuniteti gücləndirən limonlu qatıqdan müntəzəm istifadə xüsusilə qış aylarında tez-tez rast gəlinən qrip, soyuqdəymə kimi dövri xəstəliklərə qarşı orqanizmi qoruyur. Bu həm də insanın özünüzü daha fit hiss etməyə kömək edir.

Bədəndə yığılan toksinlərin çıxarılmasına kömək edən limonlu qatıq bəzi xəstəliklərin qarşısını alır və dəri sağlamlığını dəstəkləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png