ONN İnformasiya Agentliyi

Saçlarımızı hansı temperaturda yumalıyıq?

Saçlarımızı hansı temperaturda yumalıyıq?
05 Aprel 2024 - 16:39

Saçınızı çox yüksək temperaturda yumaq həm saçınıza, həm də dərinizə zərər verə bilər.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, stilist və saç baxımı mütəxəssisi Rossano Ferretti bu proseduru hansı temperaturda həyata keçirməyin düzgün olduğunu açıqlayıb.

Tədqiqatlar göstərir ki, isti duşlar qan təzyiqini artıra və dəri hüceyrələrini təbii nəmdən məhrum edə bilər. Bu da dərinin soyulmasına, qaşınmasına, ekzema (allergik dəri xəstəliyi) kimi vəziyyətlərin pisləşməsinə səbəb olur.

Mütəxəssisin fikrincə, ideal olaraq saçları yumaq üçün istifadə olunan suyun temperaturu 37-40,5 dərəcə arasında, bədən temperaturundan bir qədər yüksək olmalıdır.

Ferretti həmçinin şampundan sonra saçınızı sərin su ilə yaxalamağı tövsiyə edir. Qeyd edib ki, bu, saçlarınızda parlaqlıq verəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png