ONN İnformasiya Agentliyi

Təzyiqiniz səhərlər qalxırsa…

Təzyiqiniz səhərlər qalxırsa…
06 Dekabr 2019 - 1:25

İnsanın arterial təzyiqi gün ərzində dəyişilir. Belə ki, gecə saatlarında təzyiq 10-30% aşağı düşə bilər, səhər isə yenidən normaya qalxır.

Lakin bəzi insanlarda təzyiq səhərlər əhəmiyyətli dərəcədə qalxa bilər ki, bu da səhər hipertoniyasına səbəb olur.

ONN media bildirir ki, səhərlər təzyiqin yüksək rəqəmlərə qalxması ürək tutması, infarkt və insult kimi pozulmaların riskini kəskin artırır. İnsan bunu nəzərə almalı və vaxtında lazım olan tədbirləri görməlidir.

Bu tədbirlər arasında:

– təzyiqi salmaq üçün istifadə olunan dərman preparatlarının düzgün seçimi,

– pəhriz (duz və yağların azaldılması),

– fiziki aktivlik,

– ziyanlı vərdişlərdən imtina,

– bədən çəkisini normada saxlamaq,

– streslərdən uzaq durmaq və s.

Nəzərinizə çatdıraq ki, 120/80 mm.c.st. və bundan aşağı təzyiq normal sayılır.

120/80-139/89 mm.c.st arasında təzyiq ona işarə edir ki, insanda hipertoniyanın inkişafı riski yüksəkdir.

Təzyiq 140/90 mm.c.st-dan yuxarı qalxırsa bu artıq hipertoniya sayılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png