Yeşilçamın usta aktyoru Kadir İnanırın müalicəsi davam edir. Mart ayında beyninə gedən damarlardan birinə laxta düşməsi səbəbilə xəstəxanaya yerləşdirilən aktyorun sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumatlar yayılıb.
ONN media xəbər verir ki, Kadir İnanır martın 24-də, bazar günü, Beykozdakı evində pisləşərək Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Beyninə laxta düşməsi nəticəsində insult keçirən aktyor dərhal əməliyyat olunub.
1 aprel tarixində reanimasiyadan çıxarılan, 4 aprel tarixində isə evə buraxılan İnanır iyul ayında ağciyərində yaranan infeksiya səbəbilə yenidən reanimasiyaya yerləşdirilib. Həmin dövrdə onun iflic olduğu və nitqində problemlər yaşadığı ilə bağlı iddialar irəli sürülmüşdü.
Jülide Kural: "Yaşama sevgisini ürəyində daşıyır"
Bu iddialara münasibət bildirən Kadir İnanırın həyat yoldaşı Jülide Kural aktyorun müalicə prosesi zamanı çətinliklər yaşasa da, yaşama sevgisi ilə hər şeyin öhdəsindən gəldiyini bildirib:
Aylarla davam edən müalicə prosesində çətin anlar yaşandı. Amma Qara dənizin gücünü, qəzəbini, sevincini, qısaca, yaşama sevgisini ürəyində daşıyan Kadir bütün çətinlikləri aşmaqda qərarlı oldu. Keyfiyyətsiz kanalların və kliklə pul qazanmağa çalışanların yalan xəbərlərinə qulaq asmamağınızı rica edirəm," - deyə Kural qeyd edib.
Həlledici analizlər aparılacaq
Hazırda Koç Universiteti Xəstəxanasında müalicəsi davam edən Kadir İnanır bir neçə gün əvvəl həkimlərin icazəsi ilə evinə buraxılıb. Lakin "Magazin Burada" portalının məlumatına görə, aktyorun yenidən xəstəxanaya yerləşdirilib-yerləşdirilməyəcəyi bir həftə sonra ediləcək analizlərin nəticələrinə əsasən müəyyənləşəcək.



Kadir İnanır reanimasiyaya yerləşdirildi
Kadir İnanır özünə İnstaqram hesabı açdı və... - FOTOLAR
“Yeşilçam”aktyoru reanimasiyaya yerləşdirilib
Kadir İnanır iflic ola bilər - Həkimi danışdı
Türkan Şoraydan Kadir İnanır haqqında ŞOK SÖZLƏR
Kadir İnanırın bu qərarı sevənlərini üzəcək
Kadir Doğulunun yeni serialı BU TARİXDƏ YAYIMLANACAQ
Neslihana qarşı BÖYÜK ŞOK
Aktrisa Neslihan Atagüllə aktyor Kadir Doğulu boşanır
Kadir Doğulu tərəf müqabiliylə kəbin kəsdirib?
Neslihan Atagül həyat yoldaşını ŞOKA SALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 