Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib.
ONN media xəbər verir ki, bu barədə jurnalist Pərviz Hüseynin “Pərvizə görə” proqramında danışıb.
Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib:
“Qızımın 6 yaşı var idi. İkinci dəfə həmin acını yaşadım. Mənim üçün bunu yaşamaq ikiqat çətin idi. İlk dəfə bunu yaşayanda atam yanımda idi və dərdi olmayan qız idim. 8 il əvvəl isə tək qadın idim, gözümə baxan bir körpə var idi. Əziyyətli günlər yaşamağa başladıq. Hər ay müalicə üçün İrana gedib-gəlirdim. Böyük məbləğlər gedirdi. İranda dedilər ki, marta qədər vaxtı var, böyrək dayanacaq. Böyrək əməliyyatı keçirmiş tanışımdan həkiminin nömrəsini aldım. Həkim İstanbulda idi. Getmək istəyirik Türkiyəyə, amma İranda hava pis, qar, təyyarələr uçmur. Nəhayət İstanbula getdik. Həkim dedi ki, kaş, sizə 1 ay əvvəldən məlumat verərdilər. Həkimə dedim ki, icazə verməyin ölüm. Qızımın ad günü olacaqdı. Fevralın 7-si idi, dializ olundum, gəldim və ayın 10-nunda Diləyin ad gününü etdik. Ayın 11-ində qayıtdıq İstanbula. Ailədə hamı analiz verib ki, böyrəyi uyğun gəlsə, mənə versin. Qardaşım çox istədi böyrəyini versin, icazə vermədim. Bacımın böyrəyi uyğun gəlmədi. Digər bacımın həyat yoldaşı Elşən mənim donorum oldu”.
Qeyd edək ki, Əlizadənin ikinci böyrək əməliyyatı 8 il öncə baş tutub.



Xalq artistinin oğlunun vəziyyəti pisləşib - TƏCİLİ...
“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Xalq artisti
Bakıda unikal hadisə: qayınana kürəkəninə...
Yaşlı ana böyrəyini oğluna bağışladı
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
Türk həkimləri dünyada bir ilkə imza atdı
Bu şəxslərə banan və portağal yemək tövsiyyə olunmur
Bu orqandakı xəstəliklər qəfil ölüm riskini 7 dəfə artırır
Vüsalə Əlizadə xəstəxanaya yerləşdirildi
"Həyat yoldaşım hər dəfə deyir ki, çərçivələrə uy, sakit danış"
Pivə haqqında İNANILMAZ FAKTLAR
Nazirdən yeni təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 