İstanbulda məşhurlara qarşı aparılan narkotik əməliyyatı çərçivəsində 14 nəfər barəsində saxlanılma qərarı verilib. Şübhəlilərdən 11-i saxlanılıb, 2 nəfər axtarışdadır, 1 nəfərin isə ölkə xaricində olduğu müəyyən edilib.
ONN media xəbər verir ki, saxlanılanlardan biri də "Uzak Şehir" serialının aktrisası Sinem Ünsaldır.
O bu barədə sosial şəbəkə hesanında ilk açıqlama yayıb. Aktrisa qeyd edib ki, adının bu cür hallanmasına görə böyük təəssüf hissi keçirir:
"Çəkilişlərim səbəbilə Mardindəyəm. Yayılan xəbərləri indi öyrəndim. Adımın belə bir məsələdə çəkilməsindən son dərəcə narahatam. Ancaq həqiqətin tək olduğunu bilirəm və səlahiyyətli qurumların aparacağı prosesə hörmətlə yanaşıram. Üzərimə düşən nə varsa yerinə yetirmək üçün ən qısa müddətdə İstanbula gələcəyəm".
Xatırladaq ki, 33 yaşlı Sinem Ünsal İzmirdə doğulub. O Eskişehir Osmangazi Universitetinin "Ədəbiyyat" fakültəsini bitirib. Aktrisa kimi ilk dəfə "Mucize Doktor" serialında canlandırdığı Nazlı obrazı ilə tanınıb. Daha sonra "Gizli Saklı" və "Uzak Şehir" kimi layihələrdə rol alıb. Xüsusilə "Uzak Şehir" serialındakı performansı ilə yenidən gündəmə gəlib və son dövrün diqqət çəkən qadın aktrisalarından biri hesab olunur.
Onu da bildirək ki, İstanbul Anadolu Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində aralarında Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu (Norm Ender) və Enes Gülerin də olduğu 14 nəfər haqqında qərar çıxarılıb.



Türkiyəli aktrisa saxlanıldı
Sinem Kobala qarşı gözlənilməz addım
Məşhur cütlüyün 4 illik sevgiləri bitdi...
Burak Dəniz saxlanıldı
Türkiyəli aktyorlar seriallardan neçə milyon qazanır? - SİYAHI
Aleyna Tilki sərbəst buraxıldı
Məşhur aktrisa özündən 19 yaş böyük sevgilisi ilə evlənir
Murad Yıldırım ilə Sinem Kobaldan pərəstişkarlarına ŞAD XƏBƏR
Sinem-Bergüzar dostluğu bitdi
Məşhur cütlük elə bir qərar verdi ki... - ŞOK!
“Fazilet hanım ve kızları” serialının aktrisasından ŞOK AÇIQLAMA
Türkiyədə zəlzələyə görə 340 nəfər saxlanılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 