Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq.
ONN media xəbər verir ki, "Formula-1" Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir.
Yubiley proqramının əsas hadisələrindən biri isə dünyaşöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi 25 sentyabr tarixində keçiriləcək xüsusi gecədə minlərlə "Formula-1" azarkeşinə unudulmaz şou təqdim edəcək.
Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. "Firework", "Roar" və "Dark Horse" kimi qlobal hitləri ilə yeddi "Diamond" sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.
Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin ən tanınmış ifaçılarından biri - Keti Perri qoşulur. Beləliklə," Formula-1" Azərbaycan Qran-prisinin 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Keti Perrinin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.
Yarış həftəsonuna 4 günlük bilet sahibləri yüksəksürətli trek yarışlarını və möhtəşəm konsert proqramlarını izləmək üçün eksklüziv imkan qazanacaq.



"Formula 1": Azərbaycan Qran-prisinin proqramı bilindi
"Formula 1" həvəskarlarına PİS XƏBƏR
Bu gün "Formula 1" Qran-prisinə yekun vurulacaq
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
Formula-1-ə möhtəşəm şou ilə yekun vuruldu
“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti AÇIQLANDI
Azərbaycan Qran-prisində əsas yarış başladı
“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?
Bakıda Formula-1 ə hazırlıqlar başladı
Formula 1 Azərbaycan Qran-Prisinə bir gün qaldı
Formula 1 pilotu Bakıda cəzalandırıldı
Formula 1 üçün müqavilə uzadıldı
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi 