ONN İnformasiya Agentliyi

"Survivor 2026"nın qalibi bəlli oldu

"Survivor 2026"nın qalibi bəlli oldu
Bu gün, 12:02
Ötən gün "Survivor 2026"nın qalibi açıqlanıb.

ONN mediA xəbər verir ki, aylarla davam edən gərgin mübarizə, aclıq, həyəcan və göz yaşları geridə qalıb.
Ekranların ən çox izlənilən yarışmasının böyük finalında Mert Nobre və Nagihan Karadere çempionluq kuboku üçün qarşı-qarşıya gəldi.
Qalib Mert Nobre elan edilib. Böyük sevinclə kədərin bir arada yaşandığı o anlarda, mövsümün ən güclü simalarından olan Nagihan Karadere Survivor 2026-nı ikinci olaraq tamamladı.
Həyəcandan və sevincdən danışmaqda çətinlik çəkən futbolçu, böyük zəhmətin bəhrəsi olan "Survivor" kubokunu özünü tək qoymayan həyat yoldaşı Prisila Nobre və qızı Valentina ilə birlikdə qaldıraraq qələbəsini qeyd edib.
Xatırladaq ki, Mert Nobre 1980-ci ildə Braziliyada dünyaya gəlib.
O "Fenerbahçe", "Beşiktaş", "Mersin İdman Yurdu", "Kayserispor" və "Gençlerbirliği" kimi klublarda möhtəşəm oyunlar sərgiləyib.
2006-cı ildə Türkiyə vətəndaşlığını qəbul edərək "Mert" adını götürüb.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png