Bu gün Xalq artisti Cahangir Cahangirovun ad günüdür. Onun anadan olmasından 105 il ötür.
Cahangir Cahangirov (Balaqədeş Şirgəşt oğlu Cahangirov) 1921-ci ildə Bakıda Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Onun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.
Bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.
O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.
1962-ci ildə - Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəylinin sənət ənənələrini davam etdirib.
"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.
Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılmışdır. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Cahangirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.



Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Bir qrup hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
Prezident bir qrup hərbi qulluqçunu TƏLTİF ETDİ
Prezident bu şəxsləri əfv etdi
Bu hərbi qulluqçular “İgidliyə görə” medalı ilə təltif edildi - SİYAHI
Prezident əfv sərəncamı imzaladı- Kimlərə şamil olundu?
İlham Əliyev bu hərbçiləri təltif etdi
Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”
"Survivor 2026"nın qalibi bəlli oldu
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı...
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək 