“Mən həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim. Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir”.
ONN media xəbər verir ki, bu sözləri keçən həftə ağciyərində 5 sm şiş aşkar olunan və təcili xəstəxanaya yerləşirilən aparıcı və “Həyat” fondunun təsisçisi Hacı Nuran Hüseynov instaqram hesabında yazıb. Hazırda müalicəsini Almaniyada davam etdirən Hacı Nuran Bakıda özəl xəstəxanada yatarkən dostlarının ona sürpriz edərək palatasına ağ poni gətirməsinin birmənalı qarşılanmamasına təəsüfləndiyini gizlətməyib. O, sözlərinə belə davam edib:
“Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə sağ olun deyirəm, haqqınızı halal edin. Kim məni sevindirmək üçün nə etdisə çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin - arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm. Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin... Axı kim bilirsə sabah nə olacaq – desin... Heç kəs bilmir. Dostlarımın diqqəti - zarafatları - sürpizlərinə və xəstəliyimə “don” geyindirlərə demək istərdim: ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz. Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdir. Əgər Allaha inanırsınızsa...”



Hacı Nuran müalicə üçün Almaniyaya gedir
Hacı Nuran Almaniyada xəstəxanaya yerləşdirilib
Hacı Nurana vəzifə verildi
Hacı Nuran evlənir
Manafovun həyat yoldaşının ölümündən əvvəl son sözləri NƏ OLDU?
Ağadadaş Ağayevin SON DURUMU
Hacı Nuranın vəziyyəti yenidən pisləşdi
"Hacı mənə evlənmə təklifi edib" - Röyadan ETİRAF
Hacı Nuran Röyaya evlənmək təklif edib?
Hacı Nuran yüksək vəzifəyə TƏYİN EDİLDİ
Ölüm xəbəri yayılan Həsənağa Sadıqovun oğlu: "Atam sağdır, Hacı Nuran..." - YENİLƏNİB
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 