ONN media xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişi əməkdar artist Tünzalə Əliyevaya yardım üçün xeyriyyə marafonuna başlayıb.
Xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.
Veriliş zamanı "Toppuş bacı" ləqəbli aktrisanın qızı Zəhra da studiyaya gətirilib. T.Əliyeva ilk dəfə övladının üzünü göstərib.
"Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam", - aktrisa göz yaşlarını saxlaya bilməyib.
Tünzalə bildirib ki, çox işləmək onu bu cür xəstə edib:
"Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Fərda (aktyor Fərda Xudaverdiyev - red.) deyir ki, Allah sənə dərt göndərməyib. Mesaj göndərib ki, bəsdir, istirahət et. Bir il çalışmayacam, dincələcəm. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim...
Məni qınadılar ki, niyə verilişə gəldin, kömək istədin, xınalardan qazanırsan. Mənim pulum olsaydı, evimi nəğd pulla alardım. Hərdən ayaqlarım gedir, yıxılıram, idarə edə bilmirəm. "Qız atası" serialına çəkilirəm, ona görə yox ki, unudularam. İnsanlardan təcrid olsam, ölüb gedərəm".



"Toppuş Bacı"nın vida mərasimi keçirilir
“Toppuş bacı” tanınmaz hala düşdü- FOTO
"Toppuş bacı" vəfat etdi
Toppuş bacı ilə bağlı üzücü xəbər
Toppuş bacı üçün yığılan pulun məbləği açıqlandı
“Toppuş bacı” sevənlərini kədərə boğdu
"Toppuş bacı" ərindən yazdı: "İnsan dar gündə tanınar"
"Toppuş bacı"nın son halı TƏƏCCÜBLƏNDİRDİ
“Toppuş bacı”dan sonra daha bir aktrisa...
Xatirə "Toppuş bacı"ya etdiyi köməyə görə peşman olub? - FOTO
“Toppuş bacı”nın canlı yayımda halı pisləşdi
Fərda Xudaverdiyev sənətdən getdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 