ONN İnformasiya Agentliyi

Aparıcı Rövşanəyə yeni vəzifə verildi

Aparıcı Rövşanəyə yeni vəzifə verildi
25 Fevral 2023 - 20:26

Həftənin birinci günündən artıq həftə içi 5 gün səhər proqramına aparıcılıq edəcəyəm.

ONN media xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında jurnalist, tele-aparıcı Rövşanə Ağasəfqızı deyib.

O, verilişin şou xarakterli olmadığını bildirib:

“Rəhbərlik yeni dəyişib və bundan sonra kanalın hansı formatda olacağı haqda bir söz deyə bilmərəm. Amma mən əyləncə xarakterli aparıcı deyiləm. Yeni verilişim daha çox sosial, milli-mənəvi, ədəbiyyat, aktual mövzular istiqamətində olacaq. İki həftə şənbə-bazar da daxil olmaqla həftənin 7 günü də çalışacağam, daha sonra veriliş artıq həftə içi 5 gün olacaq. Həm də səhər proqramı komandasına mən rəhbərlik edəcəyəm”.

Qeyd edək ki, aparıcı Turan İbrahimli ötən gün “Space” TV-nin efirindən işdən ayrıldığını deyib. O, kanalın yeni yayım formatına keçdiyini, indən sonra efirdə əsasən yumorlu verilişlərin yayımlanacağını, xəbər tipli proqramların olmayacağını deyib. Bu səbəbdən də işdən ayrıldığını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png