ONN İnformasiya Agentliyi

Bu məşhur müğənni “Altın Kelebek”dən imtina etdi

Bu məşhur müğənni “Altın Kelebek”dən imtina etdi
14 Noyabr 2018 - 21:13

Müğənni Sevda Yahyayeva Türkiyənin məşhur mükafatlarından olan "Altın Kelebek"ə dəvət aldığını açıqlayıb.

ONN media bildirir ki, Musavat.com saytına açıqlama verən ifaçı deyib ki, tədbirdən imtina etməli olub: "Təzə evə köçmüşəm. Bütün əşyalarım qarışıb. Məni dəvət etdilər. Bildirdilər ki, arxivimi onlara təqdim etməliyəm. Mən də razılaşdım. Sonra başım klipə, yeni evə köçməyə qarışdı. Toplaya bilmədim. Ona görə imtina etməli oldum. Bütün namizədlərə uğurlar arzulayıram. Sevinirəm ki, mötəbər mükafatlandırmaya bizimkilər də qatılır".

Sevda 7 namizəddən favoritinin xalq artisti Aygün Kazımova olduğunu deyib.

Qeyd edək ki, namizədlər xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Xatirə İslam, Dilarə Kazımova, Roza Zərgərli, Səmra Rəhimli, Aysel Əlizadədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png