ONN İnformasiya Agentliyi

Çingiz “Nur-Sultan Music Awards-2019” mükafatını aldı

Çingiz “Nur-Sultan Music Awards-2019” mükafatını aldı
22 Avqust 2019 - 22:00

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Nur-Sultan Music Awards-2019” üçüncü beynəlxalq musiqi festivalı keçirilib.

ONN media xəbər verir ki, festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Fransa, Gürcüstan, İtaliya və Özbəkistanı təmsil edən musiqi sənətinin ən parlaq simaları toplaşıb.

Azərbaycanı bu festivalda təmsil edən gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Avroviziya-2019” mahnı yarışmasında ifa etdiyi “Truth” (Doğru) mahnısını səsləndirib. Həmyerlimiz “Nur-Sultan Music Awards-2019” festivalının mükafatına layiq görülüb.

İştirakçı ölkələrin estrada ulduzları səhnədə populyar hit mahnıları ilə tamaşaçıları sevindiriblər.(Kult.az )

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png