ONN İnformasiya Agentliyi

Dilarə: “Koronavirusdan “korova” olaraq çıxmaq istəmirəm”

Dilarə: “Koronavirusdan “korova” olaraq çıxmaq istəmirəm”
16 Aprel 2020 - 18:38

“Evdə “beqavoy dorojkam” var, gün ərzində 2 saat onun üstündə qaçıram. Çünki evdə qalanda ən böyük əyləncə yeməkdir. Bu koronavirusdan “korova” olaraq çıxmaq istəmirəm”.

ONN media  xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan “Gəl, qonaq ol” verilişində deyib.

Aktrisa karantin günlərində xarici görünüşünə qətiyyən fikir vermədiyini, hətta saçını belə daramadığını etiraf edib:

“Martın 14-dən evdəyəm, inanırsız, heç eyvana da çıxmamışam. Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Sizdən xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Makiyaj-falan. Deməli, mənim bəzənməyim üçün auditoriya lazım imiş”.(baku.ws)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png