ONN İnformasiya Agentliyi

“Diliniz üçün ürəyim gedir” – Ajdanın Bakı konserti

“Diliniz üçün ürəyim gedir” – Ajdanın Bakı konserti
14 Yanvar 2018 - 8:36

Məşhur türkiyəli müğənni Ajda Pekkan bu gün Heydər Əliyev Sarayında səhnəyə çıxıb. 

ONN medianın Axşam.az-a istinadən məlumatına görə, hazırda davam edən konsertdə ifaçı sevilən mahnılarını səsləndirib. Ajda mahnıları ilə yanaşı, rəqsi, şousuyla da diqqət çəkib. Müğənni tamaşaçıları Azərbaycan dilində salamlayaraq deyib: 

"Əziz azərbaycanlı dostlarım, xoş gəlmisiniz. Sizi burada görməkdən çox xoşbəxtəm. Sizin diliniz üçün ürəyim gedir. İllər əvvəl gələndə bu qədər yaxın dildə danışdığımızı başa düşməmişdim". 

Qeyd edək ki, Ajda Pekkan "Nargiz" nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə Bakıya gəlib. Konsert "Nargis" dərgisinin 5 yaşına həsr edilib. Foto: Ramin ASLANOV

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png