ONN İnformasiya Agentliyi

Həkim Bəhram Bağırzadə ilə bağlı ŞAD XƏBƏR verdi

Həkim Bəhram Bağırzadə ilə bağlı ŞAD XƏBƏR verdi
08 İyul 2020 - 11:23

Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır.

Bunu ONN media-a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Həkimin sözlərinə görə, B.Bağırzadənin huşu aydın, fəaldır, əzələ zəifliyi qeyd edilsə də, artıq aktiv hərəkətlərə cəhd edir: “İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png