ONN İnformasiya Agentliyi

Vüsalə Əlizadə açıq-saçıq geyimlərindən yazdı: “Soğan qabığı kimi…”

Vüsalə Əlizadə açıq-saçıq geyimlərindən yazdı: “Soğan qabığı kimi…”
27 Yanvar 2020 - 11:49

“Geyim soğan qabığı kimidir, üst görkəmindən şirin, ya acı çıxacağını kimsə bilməz… Bir qadının da əsaləti və zərifliyi daxilindən, doğuşdan gəlməlidir! Geyimlə ölçülməyəcək çəkisi olmalı hər xanımın!”

ONN media xəbər verir ki, bu sözləri son günlərdə geyimləri tez-tez müzakirə olunan aparıcı Vüsalə Əlizadə instaqramda yazıb. Gözəlliyinə və özünə əmin olan məşhur bildirib ki, qızı Diləyin sayəsində güclü olmağı öyrənib:

“Sol yanım, can payım, yarım, sirdaşım… Sayəsində güclü qadın, mübariz, məğlubolmaz insan və nümunəvi ANA olmağı öyrəndiyim varlığım. Biz həyatı bərabər öyrənirik, Allahın bizdən aldıqları və verdikləri ilə çox xoşbəxtik, şükürlər olsun. Həyatımın ən böyük yatırımı, mənimdir deyib sahib olduğum tək varlığı , nə yaxşı ki, varımsan həyat dostum”.

Xatırladaq ki, ötən həftə aparıcı Vüsalə Əlizadə ATV telekanalında yayımlanan “7 canlı” adlı proqrama geyindiyi libasla gündəm yaratmışdı. Onun geyimi tənqid edilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png