ONN İnformasiya Agentliyi

Zaurla Xoşqədəm arasında GƏRGİNLİK

Zaurla Xoşqədəm arasında GƏRGİNLİK
03 May 2018 - 13:01

Xəbər verdiyimiz kimi Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən" verilişidir. Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar.

ONN media xəbər verir ki,dünənki efirdə "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı sözügedən məsələyə toxunub və həmkarı Zaur Baxşəliyevaya söz atıb: "Efirə çıxardığınız həkimin kimliyini araşdırın. Araşdırın görün o, nə işlə məşğul olub. Mən verlişimə hər zaman işində peşəkar olan həkimləri dəvət edirəm. Bilirəm ki, bu həkimin keçmişi kimdir. Xəstələri məmnundurmu. Neçə nəfəri həyata döndərib. Əsl peşəsi nədir. Elələri var ki, başqa fakültəni bitirib, başqa sahə üzrə həkim işləyirlər. Efirə çıxardıqlarım mənim araşdırmalarımdan üzü ağ çıxan həkimlərdir".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png