Ötən gün İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olan Təhsil naziri Ceyhun Bayramovun tədris ili müddəti ilə bağlı açıqlamasının bəzi ekspertlər tərəfindən düzgün yozulmaması çaşqınlığa səbəb olub.
ONN media xəbər verir ki, nazir C.Bayramov tədris müddətinin 32 həftədən 34 həftəyə qaldırılması ilə bağlı 4 il bundan öncəki qərardan danışıb və bunun niyə edildiyini izah edib. Nazir həmçinin bütün tədris vəsaitlərinin 34 həftəyə sığışdırıldığını və bəzi çatışmayan dərsliklərin də yeniləri ilə əvəzləndiyini açıqlayıb.
Təəssüf ki, bəziləri nazirin tədris müddətinin 2 həftə artırılması ilə bağlı izahının bu ilə aid olduğunu sanıb və güman edib ki, tədris ili 1 sentyabr-14 iyun tarixlərini əhatə edəcək. Bu isə guya tədris ilinin 1 sentyabrdan başlayacağı barədə yanlış informasiyaya səbəb olub.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da açıqlama yayıb. C.Valehov bildirib ki, Təhsil naziri Ceyhun Bayramov İTV-nin "Pressinq" verilişində 4 il bundan əvvəlki qərara - təhsil müddətinin iki həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir.
“Bunu bilmək üçün sadəcə müsahibəyə baxmaq lazımdır”, - C.Valehov qeyd edib.



Ali təhsil müəssisələrində tədris ili uzadılacaq?
Azərbaycanda növbəti tədris ili nə vaxt başlayacaq? - RƏSMİ
Azərbaycanda tədris ilinin müddəti uzadılacaq? - RƏSMƏN AÇIQLANDI
Ceyhun Bayramov əmr imzaladı
Dərslərin başlanma və bitmə tarixi ilə bağlı NAZİRDƏN AÇIQLAMA
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqləndi
Təhsil Nazirliyi qış tətili ilə bağlı AÇIQLAMA VERDİ
Məktəblərdə qış tətili başlayır
Nazirdən şad xəbər- "Dövlət sifarişli yerlər artırılacaq"
Məktəblərdə dərsliklər indidən yığılır?
Bu siniflərinin tədris ili üçün nümunəvi tədris planları TƏSDİQLƏNDİ
Məktəblərdə qış tətili başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 