Yol kənarlarında, insan axınının çox olduğu yerlərdə dönərxanaların sayı hər ötən il daha da artır. Maraqlıdır ki, mal ətininin, toyuğun və müxtəlif ərzaqların qiyməti hər il artsa da, dönərin qiyməti dəyişmir – 1 manat. Bu isə bəzi alıcılarda müəyyən suallar yaradır. Yediyimiz ət nə ətidir ki, belə ucuzdur və dəyişmir?!
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
tin kiloqramının 10-12 manat olduğu bu günlərdə paytaxtda 1 manata dönər satılır. Bəzi dönərxalarında isə hətta 1 manata dönərlə yanaşı, ayran da təklif olunur. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən, belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdığı ət heç də təmiz ət deyil?
Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: “Ölkədə leş yığanlar mafiyası var. Leş gətirilir, paytaxta, başqa yerlərə. Bu cür ətlər bir çox yerlərlə bərabər, dönərxanalara gedir. Leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar.
Əkbər Əliyev – AQTA-nın regional bölməsinin rəisi: “Vətəndaşlar bu cür müəssisələrə müraciət edərkən, ilk növbədə, ətin mənşəyini təsdiq edən sertifikatı tələb etmə hüquqları var. Əgər bu sənəd yoxdursa, deməli, artıq ətin mənşəyi məlum deyil. Vətəndaşlar bu cür ictimai iaşə müəssisələrindən məhsul almamalı və bu barədə agentliyə məlumat vermələri daha uyğun olardı”.
Xatırladaq ki, bu günlərdə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Bu cür yararsız ət məhsullarının dönərxanalara, şadlıq evlərinə və müəyyən kafelərə paylanması şübhələri var.



SOS: 1 manatlıq dönərxanalardakı ət zebra ətidir?
Bakıda 49 manata dönər satılır - VİDEO
1 manatlıq dönərin mənşəyi haradan gəlir? - VİDEO
ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
İstehlakçıları ən çox bu sahələrdə ALDADIRLAR
2 manata “kərə yağı” satılır: tərkibi nədir? - Araşdırma
Unun qiyməti yenidən bahalaşdı
Bakıda xüsusi çörəklərin qiyməti BAHALAŞDI
Ölkədə qızıl ucuzlaşdı, gümüş isə...
Toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar – Sədrdən dəhşətli etiraf
Çörək və şirniyyatlar bahalaşdı
Bakıda bu meyvənin kilosu 80 manata satılır - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 