20 sentyabr tarixindən etibarən ABŞ-da satışa çıxarılan “Əpl” şirkətinə məxsus Ayfon-11 modellərini ayın 21-dən Azərbaycana ilk olaraq “Vest” telekom mağazalar şəbəkəsi gətirib. “Vest” telekomdan ONN media-ya verilən məlumata görə, ilkin olaraq sözügedən modellərdən bir neçə nümunə təqdim edilib. Telekom nümayəndəsi bildirib ki, 25 sentyabr tarixindən etibarən yeni modellərin satışı üçün kütləvi gətirilməsinə başlanılacaq: “Ayfon-11 Pro Maks 256 GB-lıq növü gətirilib. İlkin olaraq 3999 manat qiymət müəyyən edilib. Ancaq satış həyata keçirilməyib. Müraciət edən və maraqlananlar çoxdur. Ancaq hələlik real alıcı yoxdur. Hazırda mağazamızda Ayfon-11-in 64 GB və 256 GB-lıq versiyaları var”. “AzFon” elektronikdən isə bildirilib ki, hazırda mağazalarında Ayfonun sözügedən modellərindən olmasa da, sifarişini həyata keçirirlər: “Sifarişlə 1599 manatdan başlayan qiymətlərlə Ayfon-11 modelinin sifarişi həyata keçirilir. Ayfon-11 Pro 64 Gb sifarişlə 2259 manata, Ayfon-11 128 GB-lıq isə 1689 manata gətirilir. Ayfon-11 Pro Maks 64 GB 2439 manata, Ayfon-11 Pro Maks 256 GB isə 2719 manata gətirilir. Məhsul 3-5 iş günü ərzində gətirilir. Telefonun qeydiyyat xərci 150 manatdır, bu isə müştərinin özü tərəfindən həyata keçirilir. Qiymətə qeydiyyat xərci daxil deyil”. Qeyd edək ki, Bakupost bəzi mağazalarda Ayfon-11 telefonunun 128 GB versiyasının 2899 manata, Ayfon-11 Pro Max telefonunun 256 GB versiyasının isə 3799 manata satıldığı haqda informasiya yayıb. Qeyd edək ki, Azərbaycanda sözügedən model telefonlar üçün müəyyən edilən qiymətlər ABŞ və Türkiyədə eyni model telefonların satış qiyməti ilə müqayisədə 2 dəfə bahadır. Belə ki, ABŞ-da Ayfon-11-in satış qiyməti 699 dollardan başlayır. Üç arxa kameralı Ayfon-11 Pronun qiyməti isə ilkin olaraq 999 dollar olaraq müəyyən olunub. Ayfon-11 Pro Max isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq. Qiymətlər yaddaş tutumuna görə dəyişir. Məsələn, Ayfon-11-in 256 GB yaddaşa malik versiyası 849 dollaradır. Ayfon-11 Pro və Ayfon-11 Pro Maks 512 GB yaddaşa malik versiyasının qiyməti isə 1449 dollardan başlayır. Türkiyə qiymətləri də təxminən bəlli olub. Türk mediasının məlumatına görə, Ayfon-11-in 64 GB-lıq versiyasının qiyməti 7299 lirə, Ayfon-11 Pro 10999 lirə, Ayfon-11 Pro Maks isə 11999 lirə olacaq.
Bakıda Ayfon-11-lər satışa çıxarıldı – Qiymətlər



İphone-14 qiymətləri açıqlandı
Yeni Ayfon modellərinin ADLARI
ABŞ-da sabah başlayır, Bakıda isə artıq satışdadır - Şok qiymət
İphone 11-in satışı dayandırıldı
İphone yeni modelini buraxmaq istəmir?
Ayfon-16 belə olacaq - Yeni düymə
Ayfon-15-də bu yeni funksiyalar olacaq
Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb nədir?
İphone SE- nin satış qiyməti neçiyədir?
Ayfon-13-ün fantastik yaddaşı
“Ayfon 16 Pro Maks”ın əsas xüsusiyyəti açıqlandı
Bu telefonlarda Vatsap işləməyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 